Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Şamaxı" ilə üz-üzə gəlib.

Bu gün "Zirə" və "Şamaxı" yoxlama oyununda üz-üzə gəliblər.

Matc.az xəbər verir ki, oyun"Azərsun Arena”da oynanılıb. Görüş şamaxılıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şamaxı"nın heyətində qolları Karim Rossi və Andrey Tirkoveanu vurub. "Zirə"nin yeganə qolunun müəllifi ilə penalti zərbəsindən Ceyhun Nuriyev olub. 

Qeyd edək ki, “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”a (Xorvatiya) uduzaraq mübarizəni dayandırıb.

“Şamaxı” isə yoxlama oyunlarında “Sumqayıt”a (1:0), “Kəpəz”ə (6:1), “Karvan”a (2:1) qalib gəlib, “Qəbələ”yə uduzub (1:2).

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest