"Barselona"nın hücumçusu Robert Levandovski mövsümün ilk matçlarını buraxacaq.

Matc.az xəbər verir ki, polşalı forvard La Liqanın ilk 3 turunda komandasına kömək edə bilməyəcək.

36 yaşlı futbolçu "Mayorka", "Levante" və "Rayo Valyekano" ilə oyunlarda iştirak etməyəcək. Təcrübəli oyunçu sentyabr ayında millilərin oyunları ilə bağlı verilən fasilədən sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, Robert Levandovski ötən mövsüm "Barselona"nın heyətində keçirdiyi 52 oyunda 42 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest