09 Avqust 2025, 19:32
FUTBOL
"Bornmut" PSJ-yə keçməsi gözlənilən İlya Zabarnıya əvəzedici tapıb.
Matc.az xəbər verir ki, komanda "Lill"in müdafiəçisi Bafode Diakate ilə anlaşıb.
İngilis təmsilçisi bu keçidə görə 40 milyon avro xərcləyəcək. Son 3 mövsümü "Lill"də keçirən 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Diakate ötən mövsümdə Liqa 1-də 31 matçda dörd qol və bir ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Zabarnıyın 67 milyon avro qarşılığında PSJ ilə müqavilə bağlaması gözlənilir.