"Tottenhem"in kapitanı on Hın Min karyerasını ABŞ-də davam etdirəcək.

Matc.az xəbər verir ki, "Los Anceles" cənubi koreyalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

MLS təmsilçisi Son üçün onun klubuna 22 milyon avro təzminat ödəyəcək. 33 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Son Hın Min ötən mövsüm "Tottenhem"in heyətində keçirdiyi 46 oyunda 11 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest