07 Avqust 2025, 14:58
FUTBOL
"Beşiktaş" heyətinə yeni yarımmüdafiəçi cəlb etməyi planlaşdırır.
Matc.az xəbər verir ki, İstanbul məhəngi azad agent statusunda olan Tolqahan Şahinlə maraqlanır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qara qartallar" 20 yaşlı futbolçu ilə danışıqlara başlayacaq. Gənc oyunçu "Beşiktaş"da oynamağa isti yanaşır.
Qeyd edək ki, Avstriya U-19 millisinin üzvü olan Tolqahan Şahin ötən mövsüm "Lieferinq"də çıxış edib.