07 Avqust 2025, 13:57
FUTBOL
"Mançester Siti"nin futbolçusu Savinyo Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, İngiltərə mətbuatı məlumat yayıb.
"Tottenhem" braziliyalı vingeri transfer etmək istəyir. London təmsilçisi 21 yaşlı oyunçu üçün onun klubuna təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Mançester Siti" Savinyonu ötən ilin yayında Fransanın "Trua" klubundan transfer edib. Braziliya millisinin üzvü "şəhərlilər"in heyətində keçirdiyi 48 oyunda 3 qol vurub, 10 qol ötürməsi edib.