10 Avqust 2025, 16:39
FUTBOL
"Neftçi" klubu Fransa təmsilçisi "Monpelye"də çıxış etmiş Falaye Sakonu azad agent kimi heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
nin keçidini sosial şəbəkə hesabında açıqlayıb.
30 yaşlı sağ cinah müdafiəçisi "Monpelye" ilə müqaviləsini qarşlıqlı razılıq əsasında ləğv edib.
Mali millisinin üzvünün Bakı təmsilçisindəki sözləşməsinin detalları açıqlanmasa da, onunla 2+1 mövsümlük anlaşma imzalanıb.
Qeyd edək ki, Falaye Sako 2023-cü ildən "Monpelye"nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.