"Ayntraxt" "Frayburq"un futbolçusu Ritsu Doanı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Frankfurt təmsilçisi yaponiyalı vinger üçün 22 milyon avro təzminat ödəyib. 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ritsu Doan ötən mövsüm "Frayburq"un heyətində keçirdiyi 36 oyunda 10 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest