İngiltərə Superkuboku uğrunda "Kristal Pelas" – "Liverpul" oyunu keçirilib.

Matc.az xəbər verir ki, qarşılaşma Londondakı "Uembli" stadionunda baş tutub.

Görüşün əsas vaxtdan sonra 2:2 hesabı qeydə alınıb, penaltilər seriyasında isə "qartallar" 3:2 hesabı ilə qalib gəlib.

Dördüncü dəqiqədə hesabı Uqo Ekitikey açıb və "qırmızılar"ı hesabda irəli çıxarıb. 17-ci dəqiqədə Jan-Filip Mateta penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Jeremi Frimponq 21-ci dəqiqədə "qırmızılar"a üstünlüyü qaytarıb. 77-ci dəqiqədə İsmayıla Sarr oyunda bərabərli bərpa edib. Penaltilər seriyasında "qartallar" daha güclü olub.

Qeyd edək ki, ötən mövsümün sonunda "mersisaydlılar" 38 turda 84 xal toplayaraq İngiltərə Premyer Liqasının qalibi olublar. "Kristal Pelas" isə İngiltərə Kubokunun qalibi olub.

Ötən mövsüm İngiltərə Superkubokunun qalib "Mançester Siti" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest