10 Avqust 2025, 18:12
FUTBOL
"Monako"nun qapıçısı Radoslav Majeçki "Brest"ə keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı polşalı qolkiper 2026-cı il iyunun 30-na kimi icarəyə götürülüb.
Qeyd edək ki, Majeçki "Monako"nun heyətində 49 oyun keçirib, 57 qol buraxıb və 17 matçda qapısını toxunulmaz saxlayıb.