“Lids Yunayted” “Milan”ın futbolçusu Noa Okaforu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi isveçrəli vinger üçün İtaliya klubuna 20 milyon avro təzminat ödəyib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Noa Okafor ötən mövsümün ikinci yarısında icarə əsasında "Napoli"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest