Misli Premyer Liqasında 2025/2026 mövsümünün II turuna start verilir. Matc.az xəbər verir ki, turun oyunları 4 gün ərzində keçiriləcək.

Açılış görüşü Şamaxı şəhər stadionunda baş tutacaq. Burada debütant “İmişli” “Neftçi”ni qəbul edəcək. Ev sahibləri ilk turda “Turan Tovuz”a uduzub, “Neftçi” isə “Şamaxı” ilə heç-heçəyə razılaşıb.  

Günün ikinci qarşılaşması paytaxtda olacaq. Çempionlar Liqasının pley-off mərhələsində iştirak etdiyi üçün ilk turda “Sabah”la matçı təxirə salınan “Qarabağ” çempionatda ilk görüşünə çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Azersun Arena”da “Sumqayıt”ı qəbul edəcək.

İkinci oyun günündə bir qarşılaşma keçiriləcək. “Kəpəz” Qəbələ şəhər stadionunda “Karvan-Yevlax”la üz-üzə gələcək. Gəncə təmsilçisi ilk turda “Sumqayıt”a uduzubsa, yevlaxlılar “Qəbələ” ilə heç-heçə edib.

Tur avqustun 24-də baş tutacaq iki qarşılaşma ilə davam edəcək. I turda “Qarabağ”la oyunu təxirə düşən “Sabah” səfərdə “Şamaxı”nın qonağı olacaq.   Yayda heyətini gücləndirən və çempionatın iddialı komandalarından olan “Turan Tovuz”la “Araz-Naxçıvan” Bakıda qarşılaşacaq. Tovuz şəhər stadionunda təmir işləri getdiyi üçün Kurban Berdiyevin komandası ev oyunlarını “Azersun Arena”da keçirir.  

Tura Qəbələdə yekun vurulacaq. Burada 1 illik fasilədən sonra Premyer Liqaya qayıdan “Qəbələ” “Zirə”ni qonaq edəcək. Hər iki komanda ilk turu bərabərliklə başa vurub.

Misli Premyer Liqası
II tur
22 avqust (cümə)

17:00. “İmişli” – “Neftçi”
Şamaxı şəhər stadionu. Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

19:30 “Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”. Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

23 avqust (şənbə)

19:00 “Kəpəz” – “Karvan-Yevlax”
Qəbələ şəhər stadionu. Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə

24 avqust (bazar)

“Şamaxı” – “Sabah”
Şamaxı şəhər stadionu. Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev

19:30 “Turan Tovuz ” – “Araz-Naxçıvan”
“Azersun Arena”. Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov

25 avqust (bazar ertəsi)

19:00 “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest