Belçikalı hücumçu Divok Oriqi tezliklə “Milan”ı azad agent kimi tərk edəcək.

Matc.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat paylaşıb.

Bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni vaxtından əvvəl pozmağa yaxındırlar. Oriqinin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir, bir il üçün o, 2,5 milyon avro almalıdır. 30 yaşlı belçikalının 2 milyon avro təzminat alacağı gözlənilir.

Qeyd edək ki, Oriqi 2022-ci ilin yayında azad agent kimi "Liverpul"dan “Milan”a keçib. O, 2023/24 mövsümünün ikinci yarısında İngiltərənin “Nottingem Forest” klubunda icarəyə göndərilib. Ötən mövsümü isə belçikalı hücumçu “Milan”ın əvəzedici komandasında keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest