İtaliyanın “Bolonya” klubu “Marsel”in yarımmüdafiəçisi Conatan Rounu almaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Boloniyalılar artıq futbolçunun özü ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar və indi transfer məbləğini razılaşdırmağa çalışırlar. “Bolonya” Rou üçün təxminən 20 milyon avro ödəməli olacaq.

Xatırladaq ki, 22 yaşlı ingilis soyunub-geyinmə otağında baş verən davaya görə komanda yoldaşı Adrien Rabiotla birlikdə transferə çıxarılıb.

Rou ötən mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 30 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest