UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi “Fənərbaxça” evdə Portuqaliyanın “Benfika” klubunu qəbul edib, Qazaxıstanın “Kayrat” klubu isə Şotlandiya səfərində “Seltik”in qonağı olub. Hər iki oyunda hesab açılmayıb.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 26-27 avqust tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
“Fənərbaxça” (Türkiyə) – “Benfika” (Portuqaliya) - 0:0
“Bodo-Glimt” (Norveç) – “Şturm” (Avstriya) - 5:0
Qollar: Hög, 7, Byortuf, 11, Saltnes, 25, Evyen, 54, Bovinq, 79 (aq)
“Seltik” (Şotlandiya) – “Kayrat” (Qazaxıstan) - 0:0
“Bazel” (İsveçrə) – “Kopenhagen” (Danimarka) - 1:1
Qollar: Şaqiri, 14 (pen) // Pereyra, 45+3