21 Avqust 2025, 16:49
FUTBOL
"Qalatasaray" "Tottenhem"in yarımmüdafiəçisi İv Bissumanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" malili futbolçu üçün London klubu ilə danışıqlar aparır. 28 yaşlı dayaq yarımmüdafiəçisi özü "Qalatasaray"a keçməyə isti yanaşır.
Qeyd edək ki, İv Bissuma ötən mövsüm "Tottenhem"in heyətində keçirdiyi 44 oyunda 2 qol vurub.