21 Avqust 2025, 16:20
FUTBOL
"Lans"ın yarımmüdafiəçisi Endi Diuf karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"İnter" fransalı futbolçunu transfer etmək istəyir. Milan təmsilçisi həm Fransa klubu ilə, həm də 22 yaşlı oyunçu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Endi Diuf ötən mövsüm "Lans"ın heyətində keçirdiyi 37 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib. O, Fransa U-21 millisinin üzvüdür.