21 Avqust 2025, 13:28
FUTBOL
Xavi Simonsu "Çelsi"yə satmağa hazırlaşan "Leypziq" onun əvəzinə Harvi Elliotu transfer etməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Bundesliqa təmsilçisi ingiltərəli hücumameyilli yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Leypziq" 22 yaşlı futbolçunun klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, Harvi Elliot ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 29 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.