"Ferentsvaroş"un hücumçusu Zsombor Qruber UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk oyunu haqda danışıb.

Matc.az "origo.hu" saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Azərbaycan çempionunun futbolçularının 3:1 hesablı qələbədən sonra sevinməklərinə əsəbiləşib.  Gənc forvard Bakıda qələbə qazanmaq istədiklərini bildirib:

"Üçüncü qolun qarşısını almaq olardı. Amma biz 2:2 hesablı heç-heçəyə can atırdıq. Bu, təəssüf ki, oyunun tərkib hissəsidir. Bakıda işimiz asan olmayacaq, səfər oyununda hər şeyimizi verməliyik. Çalışacağıq ki, tez bir zamanda qol vuraq. Bunu bacarsaq, açıq oyun gedəcək. Rəqib futbolçuların sevinməyi təbii ki, hamını əsəbiləşdirir. Onların necə bayram etdiklərini gördük. Hələ heç nə bitməyib. Çempionlar Liqasına düşmək üçün oynayırıq. Hər kəs uğura can atır, biz daha yaxşı olduğumuzu göstərməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest