"Karvan"dan ayrılan Peyman Keşavarzinin yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, iranlı futbolçu karyerasını Omanda davam etdirəcək.

Peyman "Saman"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı mərkəz müdafiəçisi ərəb ölkəsi təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Peyman Keşavarzi ötən mövsüm "Karvan"ın formasını geyinib.  O, Azərbaycanda "Sumqayıt", "Səbail" və "Kəpəz"də də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest