"Milan"ın müdafiəçisi Alexandro Ximenes cari “transfer pəncərəsi”ndə "Napoli"yə keçə bilərdi, lakin bu transfer baş tutmayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, neapollular 20 yaşlı ispan üçün “rossonerilər”ə 25 milyon avro təklif etsə də, rədd cavabı alıb.

Futbolçuya "Fiorentina", "Roma", "Lion" və "Sevilya" da maraq göstərsə də, "Milan"ın mövqeyi dəyişməz qalıb.

Xatırladaq ki, Ximenes “Real”ın yetirməsidir. Madrid klubunun 2026-cı ilin yayında oyunçunu 12 milyon avroya geri almaq hüququ var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest