Stefan Bayçetiç bu yay "Liverpul"dan ayrılaraq "Jirona"ya keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.

Bildirilir ki, "Liverpul" bu mövsüm gənc ispaniyalını əsas heyətə cəlb etməyi planlaşdırmır və daha çox oyun təcrübəsi əldə etmək üçün onu icarəyə verməyə hazırdır.

Bayçetiçi "Jirona" heyətinə qatmaq istəyir. Kataloniya klubu 20 yaşlı ispaniyalını bir illik icarəyə götürmək istəyir. Müqavilədə Bayçetiçi almaq opsiyasının daxil olub-olmayacağı hələlik bildirilməyib.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısında "Las Palmas"da icarə əsasında çıxış edən Bayçetiç La Liqada 14 oyun keçirib və 1 qol vurub. O, həmçinin 5 matçda meydana çıxdığı İspaniyanın U-21 gənclər komandasının oyunçusudur. “Transfermarkt” Bajçetiçi 9 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest