21 Avqust 2025, 17:25
FUTBOL
“Yuventus” “Portu”nun müdafiəçisi Joao Marionu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
A Seriyası təmsilçisi portuqaliyalı futbolçu üçün onun klubuna 12 milyon avro təzminat ödəyib. 25 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Joao Mario ötən mövsüm “Portu”nun heyətində keçirdiyi 42 oyunda 6 qol ötürməsi edib.