20 Avqust 2025, 18:44
FUTBOL
Yamaykalı vinger Leon Beyli icarə əsasında “Aston Villa”dan “Roma”ya keçib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb.
28 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna qədər “Roma”ya satın alma opsionu ilə icarəyə verilib. Beyli 31 nömrəli formanı geyinəcək.
Beyli Roma tarixində ilk yamaykalı futbolçudur. O, əvvəllər Belçikanın “Genk” və Almaniyanın “Bayer” klublarında çıxış edib.
Qeyd edək ki, ötən mövsüm Beyli Aston Villanın heyətində bütün turnirlərdə 38 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.