"Çelsi"nin və Portuqaliya millisinin mərkəz müdafiəçisi Renato Veyqa karyerasını "Vilyarreal"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat paylaşıb.

Bildirilir ki, artıq klublar transferin şərtləri ilə bağlı razılığa gəliblər. "Çelsi" futbolçusu üçün bonuslar da nəzərə alınmaqla 29,5 milyon avro alacaq. İngiltərə klubu da futbolçunun növbəti transfer məbləğinin əhəmiyyətli bir hissəsini özündə saxlayacaq.

Qeyd edək ki, 22 yaşlı portuqaliyalı ötən mövsümü “Yuventus”da 6 aylıq icarə əsasında başa vurub. Bu müddət ərzində Renato 15 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. “Transfermarkt” portalı onu 25 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest