21 Avqust 2025, 10:13
FUTBOL
"Reyms"in futbolçusu Keito Nakamura karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Beşiktaş" yaponiyalı vingeri transfer etmək istəyir. İstanbul nəhəngi 25 yaşlı oyunçu üçün Fransa Liqa 2 klubuna 15 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, Keito Nakamura ötən mövsüm "Reyms"in heyətində keçirdiyi 40 oyunda 12 qol vurub, 3 qol ötürməsi edib.