21 Avqust 2025, 18:47
FUTBOL
"Barselona" futbolçusu Jül Kundenin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu fransalı müdafiəçi ilə 2030-cu ilə qədər yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Kundenin əvvəlki müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.