"Roma"nın ötən gün "Aston Villa"dan icarəyə götürdüyü Leon Beyli sıradan çıxıb.

Matc.az xəbər verir ki, yamaykalı vinger yeni komandası ilə çıxdığı ilk məşqdə zədələnib.

Beyli sağ ayaq əzələsindən zədə alıb. 28 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Roma" Leon Beylini bir mövsümlük icarəyə götürüb. A Seriyası təmsilçisi 22 milyon avro ödəyərək təcrübəli oyunçunun transfer hüquqlarına yiyələnə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest