"Real" klubla müqaviləsi gələn ilin iyun ayında başa çatan Tibo Kurtua ilə ortaq məxrəcə gələ bilib.

Matc.az xəbər verir ki, Madrid təmsilçisi belçikalı qapıçının müqaviləsinin müddətini uzadacaq. Bu barədə insayder Saşa Tavolieri məlumat yayıb.

Artıq 33 yaşlı qolkiperlə razılıq əldə olunub. Yaxın günlərdə tərəflər arasında 2 illik yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, "Real" Tibo Kurtuanı 2018-ci ilin yayında "Çelsi"dən transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest