PSJ ciddi itkilərlə üzləşib. Matç.az saytının məlumatına görə, Fransa klubu birdən-birə iki aparıcı oyunçusunun xidmətindən məhrum olub.

Belə ki, milli komandaların oyunları ilə əlaqədar yığmaların düşərgəsinə yollanmış hücumçular – Neymar və Mbappe xəsarətlə dönüblər.

Klubdan verilən açıqlamda Kamerunla yoxlama oyununda zədələnən Neymarın əzələsində dartılma olduğu bildirilib.

Uruqvayla yoldaşlıq görüşünün iştirakçısı olmuş Mbappe isə qapıçı ilə toqquşmada çiynini əzib.

Hər iki futbolçunun çL-də "Liverpul"la matçda oynayıb-oynamayacağı 48 saat ərzində dəqiq bəlli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest