"Qalatasaray"ın futbolçusu Prjemislav Frankovski karyerasını Fransada davam etdirəcək.

Matc.az xəbər verir ki, "Renn" polşalı müdafiəçini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi Frankovskini 2 illik icarəyə götürüb və bunun üçün İstanbul təmsilçisinə 5,5 milyon avro ödəyəcək. "Renn" 5,7 milyon avro ödəməklə 30 yaşlı sağ cinah müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Qalatasaray" Prjemislav Frankovskini bu ilin fevral ayında "Lans"dan transfer etmişdiş.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest