Premyer Liqaya yüksələn "Karvan" daha bir futbolçusu ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Yevlax təmsilçisi Əli Abdullayevi komandada saxlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı müdafiəçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Əli Abdullayev ötən mövsüm "Karvan"ın heyətində 25 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest