05 Avqust 2025, 12:31
FUTBOL
"Qalatasaray"ın sabiq futbolçusu Sofian Fequli karyerasını İraqda davam etdirəcək.
Matc.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi "Amanat Bağdad"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fequli ilə 1 mövsümlüük müqavilə imzalanıb. 35 yaşlı oyunçunun maaşı 200 min avro olacaq.
Qeyd edək ki, Sofia Fequli 2017-2022-ci illərdə "Qalatasaray"da çıxış edib. Onun son klubu 2024-cü ilin yayında ayrıldığı "Fatih Karagümrük" olub.