05 Avqust 2025, 12:59
FUTBOL
"Yuventus"un futbolçu Timoti Vea Fransaya qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Marsel" amerikalı vingeri 1 milyon avro qarşılığında icarəyə götürəcək. Liqa 1 təmsilçisi 14+3 milyoon avro qarşılığında 25 yaşlı oyunçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Yuventus" Timoti Veanı 2023-cü ilin yayında "Lill"dən transfer edib. ABŞ millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 43 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.