06 Avqust 2025, 10:15
ÇEMPİONLAR LİQASI
"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda hesabda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq".
"Şkendiya" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda hesabda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 12-də Tofiqq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.