05 Avqust 2025, 18:56
FUTBOL
Premyer Liqaya qayıdan "Qəbələ" növbəti transferini həyata keçirib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisi İbrahima Sanqareni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransadan olan futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir.
Qeyd edək ki, 31 yaşlı Sanqarenin son klubu İsraildə "Hapoel" (Hadera) olub.