"Jirona"nın müdafiəçisi Migel Qutyerres karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Napoli" ispaniyalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. 24 yaşlı sol cinah müdafiəçisinin transferi 18 milyon avroya başa gələcək.

Qeyd edək ki, Mogel Qutyerres ötən mövsüm "Jirona"nın heyətində keçirdiyi 36 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib. O, İspaniya millisinin üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest