05 Avqust 2025, 13:16
FUTBOL
"Fənərbaxça" Türkiyə millisinin üzvünü transfer etməyə yaxındır. 26 yaşlı vinger İstanbul nəhənginin təklifini qəbul edib.
"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu Türkiyə Super Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.
"Fənərbaxça" Türkiyə millisinin üzvünü transfer etməyə yaxındır. 26 yaşlı vinger İstanbul nəhənginin təklifini qəbul edib.
Klublar anlaşsa, futbolçu yeni mövsümə "Fənərbaxça"da başlayacaq.
Qeyd edək ki, "Benfika" Kerem Aktürkoğlunu ötən ilin yayında "Qalatasaray"dan transfer edib.