05 Avqust 2025, 14:51
FUTBOL
"Reyncers"in müdafiəçisi Rıdvan Yılmaz Türkiyəyə qayıtmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.
"Beşiktaş" Türkiyə millisinin üzvünü heyətinə qatmaq istəyir. Artıq klubların anlaşmağa yaxın olduğu bildirilir. 24 yaşlı sol cinah müdafiəçisi yaxın günlərdə İstanbula gedəcək.
Qeyd edək ki, "Reyncers" Rıdvan Yılmazı 2022-ci ilin yayında məhz "Beşiktaş"dan transfer etmişdi. O, Şotlandiya təmsilçisinin heyətində keçirdiyi 77 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.