05 Avqust 2025, 19:45
FUTBOL
Yeni mövsümdə 1-ci Liqada mübarizə aparacaq "Səbail" növbəti transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, Bayıl təmsilçisi Zahir Mirzəzadəni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zahir Mirzəzadə son olaraq "Cəbrayıl"da çıxış edib.