"Nitsa"nın hücumçusu Evan Qessan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Aston Villa" Fil Dişi Sahili millisinin üzvünün keçidini həll edib. Birmingem klubu 24 yaşlı forvard üçün 335 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Evan Qessan ötən mövsüm "Nitsa"nın heyətində keçirdiyi 42 oyunda 13 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest