05 Avqust 2025, 16:57
FUTBOL
"Mançester Yunayted" "Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Saranı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" braziliyalı futbolçu üçün İstanbul nəhənginə təklif göndərəcək.
"Qalatasaray" Saranı satmaq fikrində deyil. Lakin 40 milyon avroluq təklif gələcəyi təqdirdə onlar 26 yaşlı oyunçunu satacaq.
Qeyd edək ki, Qabriel Sara ötən mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 45 oyunda 2 qol vurub, 10 qol ötürməsi edib.