"Qalatasaray"ın futbolçusu Nikolo Zanyolo karyerasını İspaniyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Direttagoal" məlumat yayıb.

"Vilyarreal" italiyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. La Liqa təmsilçisinin Zanyolonu heyətinə qatmağa yaxın olduğu bildirilir.

Braziliyanın "Flamenqo"" klubu da 26 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Nikolo Zanyolo ötən mövsüm icarə əsasında "Atalanta" və "Fiorentina"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest