06 Avqust 2025, 10:56
FUTBOL
"Roma"nın futbolçusu Klaudio Eçeverri karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Roma" argentinalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Paytaxt təmsilçisi 19 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Klaudio Eçeverri ötən mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 3 oyunda 1 qol vurub.