05 Avqust 2025, 10:54
FUTBOL
Futbol üzrə Xorvatiya çempionatında 2025/2026 mövsümünə start verilib.
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" doğma meydanda "Qoritsa"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Rüfət bu oyunun iştirakçısı olmayıb. 24 yaşlı yarımmüdafiəçi sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, Rüfət Abdullazadə "Varajdin"lə 3 illik müqavilə imzalayıb.