"Brügge"nin yarımmüdafiəçisi Ardon Yaşari karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Milan" İsveçrə millisinin üzvünün keçidini yekunlaşdırmaq üzrədir. Belçika klubu "qırmızı-qaralar"ın 39 milyon avroluq təklifini qəbul edib.

Qeyd edək ki, Ardon Yaşari ötən mövsüm "Brügge"nin heyətində keçirdiyi 43 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest