UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Omoniya" Bakıda dəstəksiz qalacaq.

Matc.az xəbər verir ki, bu barədə Kipr klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycana səfər üçün bütün icazələr yalnız bu gün verildiyi üçün Bakıya azarkeş aparmaq mümkün olmayacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Omoniya" qarşılaşması avqustun 7-də baş tutacaq. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Kiprdə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest