"Mançester Siti" Rodrinu uzun müddət komandada saxlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa nəhəngi ispaniyalı yarımmüdafiəçiyə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə təklif etməyi planlaşdırır. 29 yaşlı futbolçu təklifi qəbul etsə, Halanddan sonra komandada ən çox maaş alan oyunçu olacaq.

Qeyd edək ki, Rodrinin klubla hazırkı sözləşməsinin müddəti 30 iyun 2027-ci ilə tarixinədəkdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest