"Napoli"nin futbolçusu Covanni Simeone A Seriyasında klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Torino" argentinalı hücumçunun keçidini yekunlaşdırmaq üzrədir. 30 yaşlı forvardla şəxsi şərtlərdə razılıq əldə olunub.

Təcrübəli oyunçu yaxın günlərdə "Torino" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Covanni Simeone ötən mövsüm "Napoli"nin heyətində keçirdiyi 33 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest