05 Avqust 2025, 20:31
MPL
"Turan Tovuz" Türkiyədəki təlim-məşq toplanışını başa vurub.
Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi bu gün sonuncu yoxlama oyununu keçirib.
Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv "Vidad"la qarşılaşıb. Matç Mərakeş təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə "Çorum" (1:1), "Ankara Keçiörengücü" (0:0) və "Flamurtari" (0:1) ilə üz-üzə gəlib. Komanda sabah Vətənə dönəcək.